Vitr namazında qunut duası

    23.01.2014
Sual: 
Salam aleykum. Vitr namazinda qunut duasinin yerine "rabbənə ətinə fid dunyə həsənətən" duasını oxumaq olarmı? Hemchinin qunut duası vitr namazinin nechenci ruketinde oxunur?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə islam alimlərinə görə vitr namazında qunut duasını oxumaq vacib deyildir. Həmçinin, vitr namazında qunut duasını daim etmək olmaz. Çünki Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) qunut duasını daim yox, bəzi vaxtlarda tutardı. Qunut duasını əzbər bilməyənlər isə Allahdan "istiğfar" (bağışlanma) dualarını və dediyiniz kimi "rabbənə ətinə" duasını oxuya bilərlər. Əgər vitr namazı tək bir rükət qılanacaqsa, onda elə həmin rükətin rükusundan qalxanda qunut duası oxuna bilər. Yox əgər vitr namazı üç və ya daha çox rükətli qılınacaqsa, onda sonuncu rükətində qunut tutula bilər. 

Teqlər: 
Paylaş: