Cümə namazından qabaq sünnət qılınırmı?

    28.07.2015
Sual: 
cume namazindan qabaq sunnet namazi qilinir?
Cavab: 

Salam aleykum. Cümə namazından əvvəl sünnət namazı yoxdur, çünki peyğəmbərə (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) istinadən bu sübuta yetirilməyib. Həmçinin səhabələrə istinadən cümədən əvvəl hər hansı xüsusi ratibə (daim qılınan) sünnət namazının olduğunu göstərən heç bir rəvayət nəql olunmayıb. Sadəcə rəvayət olunur ki, heç bir xüsusi say müəyyən etmədən nafilə namazlar qılmaq olar. Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: "Kim (cümə günü) qüsl alar, sonra cüməyə gələr, ona təqdir olunduğu qədər namaz qılarsa, sonra (imam) xütbəsini bitirənə qədər susar, sonra da onunla (fərzi) qılarsa iki cümə arasında (etdiyi günahları)  bağışlanar, üç gün də artıq". (Muslim).
Nafi (rahiməhullahu) deyir: "İbn Ömər (Allah ondan razı olsun) Cümədən əvvəl namazı uzun qılırdı. Cümədən sonra da evində iki rükət namaz qılırdı və Rəsulullahın (sallallahu aleyhi va səlləm) belə etdiyini rəvayət edirdi". (Hədisi Əbu Dəvud və Buxarinin şərti əsasında İmam Nəvəvi səhih isnadla rəvayət edib).
Cümə namazından sonra isə yerini dəyişərək və ya başqaları ilə söhbət etdikdən sonra nafilə namaz qılmaq olar. 

Teqlər: 
Paylaş: