Qadın ərə gedərkən öz oğlundan icazə almalıdırmı?

    02.08.2015
Sual: 
kebin ucun ana oz oglundan icaze almalidir yeni oglu evlenmeye razi olmasa ana oglunun raziligini almalidir?
Cavab: 
Salam aleykum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir". (Sunən Əbu Davud; Sunən ət-Tirmizi). Qadının əsas vəlisi onun atası hesab olunur. Atası olmadıqda, babası, qardaşı, əmisi, dayısı və s. onun üçün vəli ola bilər. Daha ətraflı: İslama görə ərə gedən qadının vəlisi kimlər olmalıdır?
Bunların heç biri olmadıqda qadının ağlı başında olan, həddi buluğa çatmış oğlu onun üçün vəli olur və bu halda, onun icazəsi vacibdir.
Teqlər: 
Paylaş: