Qeyri müsəlmanların yeri cənnət, yoxsa cəhənnəmdir?
Aleykum salam. İslama dəvət gəlib çatmış insanlardan qəlbən inanıb inkar edənlər cəhənnəmlikdir. Uca Allah buyurur: "Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!" (Ali İmran, 85).
Peyğəmbər (Ona və ailəsinə Allahın saıamı və salavatı olsun) demişdir: "Muhəmmədin canı Əlində olan Allaha and olsun ki, bu ümmətdən hər hansı bir yəhudi və ya xristian mənim barəmdə eşidib, sonra da mənimlə göndərilənə iman gətirmədiyi halda ölərsə, mütləq Cəhənnəm əhlindən olar". (Muslim, 153).
Haqqa dəvət gəlib çatmamış insanlar isə Qiyamət günü xüsusi imtahan olunacaqlar. Daha ətraflı:
Cahillik üzrlüdürmü?
Qədimdə Allaha ibadət etməyə çağrılmamış insanların aqibəti necə olacaq?
Xristianlar niyə kafirdir?