4-cü günlər mələklərin bizim arzularımızı Allaha çatdırması doğrudurmu?
Sual:
Salamu aleyukiyum sizi bu suala bagli narahat edirem xais edirem meni etrafli başa salin men dünyaya gelenen gözümün zeyiflitinden eziyyet çekirem ve bunun üçün her heftenin 4-cü günü Allaha dua edirem ve şefami dileyirem derdimin dermanini ondan isteyirem bele deyirler ki, her heftenin 4-cü günü Allahtəla terefinden göyden yere melekler enir insanlarin arzularni dularini Allahatəlaya çatdirir sizce
Cavab:
Aleykum salam. Biz də Allahdan sizə şəfa verməsini diləyirik. Səhih hədislərdə xəbər verilir ki, hər birinci və dördüncü günlər Adəm övladının arzuları yox, əməlləri Uca Allaha ərz olunar: "İnsanların əməlləri Allah Təalaya bazar ertəsi və cümə axşamı günləri ərz olunur; mən əməlimin ərzi əsnasında oruclu olmağı üstün tuturam". (Əbu Davud "Savm", 60; İbn Məcəh "Siyam", 42). Həmçinin oxuyun:
Duaların qəbul olması üçün nə etmək lazımdır?
Duanın qəbul olan vaxtları və məqamları hansılardır?
Bəzən Allaha dua edib şəfa istəyərkən dua nə üçün qəbul olmur?