Alt paltarı olmadan namaz libası geyinib namaz qılmaq olarmı?

    01.09.2015
Sual: 
Salam aleykum.alt paltarı olmadan namaz paltarınl getinib namazı qılmaq olarmı.önceden teşekkürler
Cavab: 

Aleykum salam. Əgər bu paltar bədənin övrət sayılan hissələrini tam örtürsə və bədənin dərisini (ətini) göstərəcək qədər nazik deyilsə, onda belə paltarda namaz qılmaq icazəlidir. Ummu Sələmə (Allah ondan razı olsun) demişdir: "Rəsulullaha (Allahın ona və ailəsinə salavatı və salamı olsun), qadın tək şalı və köynəyi ilə namaz qıla bilərmi?" deyə soruşdum. O da "Geyindiyi uzun köynək, ayaqlarının üstü ilə birlikdə bütün bədənini örtərsə, qıla bilər". buyurdu. (Əbu Davud). Yenə digər bir hədisdə buyurulur ki: "Qadın, ancaq başını və bütün bədənini örtən bir paltar ilə namaz qılarsa, təsəttürə riayət etmiş olar və namazı qəbul olmuş olar". (Əbu Davud; ət-Tirmizi).

Teqlər: 
Paylaş: