Ana bətnində olan 1 aylıq uşağı abort etdirmək günahdırmı?
Sual:
Salam.Üzr isteyirem hamile xanimin 1 ayliq uwagini abort eletdirmesi gunah sayilir.Hekimin dediyine gore 1 ayliq gunah deyil.1 ayliq uwaq hüceyredir.orqanlari inkişaf etmir ona gore de gunah sayilmir amma 2,3 ayindan sonra abort gunah sayilir.Cavabinizi gozleyeceyem.Sagolun
Cavab:
Aleykum salam. Şəriətimizə görə əgər qadının uşağı dünyaya gətirməsi onun sağlamlığı üçün ciddi təhlükə yaradarsa, abort etməyə icazə verilir. Digər bütün hallarda dölün neçə aylığından asılı olmayaraq abort etmək günahdır. Daha ətraflı: Həkimlər uşağın xəstə doğulacağını deyərsə, abort etdirmək olarmı?