Allahın "ər-Rauf" adının mənası

    22.07.2015

ər-Rauf sözü çox rəhm edən, şəfqətli olan deməkdir. Allahın ər-Rauf adı Qurani-Kərimdə on dəfə zikr edilir. Uca Allah buyurur:
“Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayar. Həqiqətən, Allah insanlara Şəfqətlidir, Mərhəmətlidir” (əl-Həcc, 65).
"Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir" (əl-Hədid, 9).
“O gün ki, hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək, özü ilə pis əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir. Allah qullarına Şəfqətlidir" (Ali İmran, 30).
ər-Rauf olan Allah bütün bəndələrinə qarşı geniş mərhəmət sahibidir.
 

Paylaş: