Qurban bayramında qurbanlıq ət satıla bilərmi?
Sual:
salam.gurbanliqda gurban kesilir ve gurban eti pulnan verirlir normal gunda satilan etdan ucuz olur hardasa.gubanliqda et pulnan verilmemelidirmi?
Cavab:
Aleykum salam. Qurban ancaq Allah razılığını qazanmaq məqsədilə kəsildiyi üçün qurbanlıq heyvanın ətinin və başqa hissələrinin satılması, bundan qazanc məqsədi güdülməsi qadağandır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Qurbanın dərisini satanın qurbanı olmaz!" (əz-Zeylai "Nasbur-Rayə", 4/218. Hədisi əl-Hakim rəvayət etmiş və "isnadı səhihdir" demişdir. əş-Şovkəni, 5/129). Daha ətraflı: Qurbanlıq, kasıblara yardım etmək və digər məsələlər barədə suallar