Qurbanlıq, kasıblara yardım etmək və digər məsələlər barədə suallar

    27.10.2014
Sual: 
Assalamu aleykum neceiz? sualim beledir1) Men bilmey isteyiremki Qurban bayraminda kesilen qurbanliqin derisini basini ve ayaqini satmaq olar yoxsa basdirilmalidir cunki men qurbanliqi kesende kesen qardas onun derisini bir nefere setacaqini esitdim sorusanda dediki sen sata bilmersen amma men sata bilerem seriet bele deyir bu ne qeder duzgundur?2)Men kimese yardim elemey isteyirem kasib aileye imkansiz aileye bu metleqdirki musalman olsun yeni namaz qilan olsun yoxsa ferq yoxdu kasiba yardim elemey savabdir?3)Men ele yerde isleyiremki orda rafizilerde iwleyir ya olar tez gedir namaza yada men amma men tez qilib cixanda olar mene ALLAH qebul elesin deyirler men olara cavab vere bilerem yoxsa cavab vermeliyem?4)Menim atam bir nece ildir dunyasini deyisib amma onu oz isteyi ile oz rayonlarinda defin etdik biz ozumuzde sherde qaliriq yolun cox uzaq olmasina baxnmayaraq tez tez gedib ziyaret ede bilmirem buna gore gunah yazilirmi mene?Islediyim yerde et payi verirle hemise ehsan kimi bilmey isteyiremki bunu yemey olarmi amma bilinmirki bunu kesen musalmandiy yoxsa yox.. ALLAH razi olsun
Cavab: 

Aleykum salam.  Qurban Allahın razılığını əldə etmək məqsədilə kəsildiyi üçün, bunun ətinin və digər hissələrinin satılması və ya sahiblərinə gəlir gətirən işlər üçün xərcləməsi icazəli deyil. Odur ki, qurban əti, dərisi, yunu, piyi, baş-ayaq və digər hissələrinin satılması şiddətli məkruhlardandır (bəyənilməyən əməllərdəndir). Bu istər vacib, istərsə də nafilə qurbana aiddir. Ehtiyacı olanlara, qohum-əqrabaya və ya qəssabın özünə vermək olar. Qəssaba bir şərtlə vermək olar ki, zəhmət haqqı kimi hesablanmasın. Əgər bilmədən satılarsa, qiyməti yoxsullara sədəqə edilməlidir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Qurbanın dərisini satanın qurbanı olmaz". (Zeyləi, Nəsbu-r-rayə, 4/218. Hədisi Hakim rəvayət etmiş və “isnadı səhihdir” demişdir. Şövkani, 5/129).
Əli ibn Əbu Talib (radıyallahu anhu) demişdir: “Rəsulullah (sallallahu aleyhi və səlləm) dəvələr qurban kəsilərkən başında dayanmağımı, dərilərini və bellərindəki çullarını paylaşdırmağımı əmr etdi və onlardan hər hansı şeyi qəssaba zəhmət haqqı kimi verməyi mənə qadağan etdi və “qəssabın pulunu biz özümüz verərik” buyurdu". (Muslim, Həcc, 348; Əbu Davud, Luqatə; Darimi, Mən'sik, 89).
Qurbanın dərisi Allah rizası üçün kiməsə bağışlana və ya ehtiyac varsa üstündə namaz qılmaq üçün və ya oturmaq üçün istifadə edilə bilər. Kəsilməzdən əvvəl yunu qırxmaq məkruhdur. Qırxılarsa qiyməti yoxsullara bağışlanmalıdır. Ancaq kəsildikdən sonra yunundan istifadə edilə bilər. Dəri daimi olan və faydalı olan başqa bir şeylə dəyişdirilə bilər. Ancaq pulla satıla bilməz və bu dəri yeyinti məhsulları ilə də əvəz edilə bilməz. Aişənin (radıyallahu anhə) və digər bəzi səhabələrin qurban dərilərindən su qabı düzəltdikləri rəvayət edilmişdir. (Muslim, Ədahi, 28; Əbu Dəvud, Ədahi, 9; Nəsəi, Dahəyə, 37).

Ümumiyyətlə sədəqəni istənilən yoxsula, kasıba vermək olar. Bu istər müsəlman, ibadət əhli, istərsə də qeyri müsəlman olsun. Uca Allah buyurur: "Sədəqələr (zəkatlar) Allah tərəfindən fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri (İslam dininə) isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda döyüşənlərə və müsafirlərə məxsusdur". (ət-Tövbə, 60).
Amma daha yaxşı olardı ki, sədəqə verilən zaman ilk öncə ehtiyacı olan ibadət əhlinə, müsəlmana verilsin. 

Atanızın qəbrini gec-gec ziyarət etdiyinizə görə sizə günah yazılmır, lakin imkan olduqda ölümü və axirəti xatırlamaq məqsədilə getmək lazımdır. Həmçinin oxuyun: 
Qəbirləri ziyarət edən zaman hansı qaydalara riayət etməliyik?
Övlad vəfat etmiş valideyninə nə yaxşılıq edə bilər?
Valideyn üçün bağışlanma duası varmı?

Paylaş: