Heyz qüsulu necə alınır?
Aleykum salam. Heyz qüsulu adi qüsllar kimi alınır. Sadəcə heyz və nifas qüsulunda hörüklər açılıb yuyulmalıdır. O ki, qaldı niyyət məsələsinə, "niyyət" məqsəd deməkdir. Bir əmələ niyyət etmək o əməli yerinə yetirmək məqsədi olmaq deməkdir. Peyğəmbər (Ona Allahın salamı və salavatı olsun ) demişdir: "Əməllər ancaq niyyətə görədir. Hər bir insan niyyət etdiyini əldə edir..."
Ona görə də niyyət təkcə namaz, dəstamaz, qüsl kimi ibadətlərə aid deyil, eləcə də bütün əməllərə aiddir. Elə bir əməl yoxdur ki, həmin əməli etməkdə insanın niyyəti olmasın. Peyğəmbər heç bir ibadətdə niyyətini söyləməmişdir. Niyyəti dilə gətirmək Peyğəmbərdən sonra dinə gətirilən yenilikdir. Buna dində bidət deyilir. Peyğəmbər demişdir: "Kim bizim bu dinimizə onda olmayan bir şeyi icad edərsə, o qəbul olunmayacaq."