Valideynlərim ayrıca evdə yaşamağıma razı olmadıqları üçün toyum təxirə salındı...
Sual:
Salamun Aleykum
Bismillahir-Rəhmanir-Rəhim
Düzü bilmədim siz dini suallara cavab verirsiz ya sayt haqda ama mən sualımı verim İnsAllah ki,aydınlıq gələr...
Mən bir xanımı sevirəm,qarşılıqlıdır.
Anam bacılarımla tanış eləmişəm.Bir müddət yaxşı münasibətləri var idi.Sonralar bacılarımla aralarında problemlər çıxmağa başladı.
Küsmələr oldu sonra inciklik qalsada azaciq barışdılar,amma eyni problemlər bir daha yaşandı.Probləmləri demək istəmədim ama haqsız tərəf bacılarım idi.Belə olduqda biri-birlərinə sunilik yarandi bir növ bunu edim xətrin qalmasın kimi birşey.
Bir müddət davam bu cür oldu.Sonra nişan ərəfəsində biz açıqladıq ki ,bu cür olmayacaq problemlər artacaq ən yaxşısı ayrı evə çıxmaqdır və biz sizi atmırıq.Biz sadəcə strees,narahatçılıq,əsəb və sonda pis yerlərə getməsin deyə fikrimizi bildiririk.Və Qeyd etdim ki,bunun ailəni atmaqla heç bir əlaqəsi yoxdur ,evdə çox yaxındadır.Bu işdə qismət işidir yəni ev məsələsi.Ara qarışdı hər şey qaldı.Xanım üzüntü içində qaldı ailəm razı olmadı xeyir iş olmadı.Məndə nə edcəyimi bilmirəm amma xanımı tək buraxmadım.Bir insana ümid verib yarı yolda qoymaq böyük günahdır.
hər şey hazir idi demək olar yəqin təsəvvür edərsiz insanın sınıqlığını.Valideyinlərim olsalarda səhv bir hərəkət idi ki,sadəcə fikir bildirmək üstündə bu cür hadisələr oldu.Hər kəs tanıyanlar bilirdiki xeyir iş olacaq.O xanımında adı mənimlə hallanırdı.indi hər kəs şayə yaymağada meyillidi dövür pisdi.mən nə etməliyəm.Bu hərəkətdən sonra valideyinlərimə qarşı mən və xanım çox incinmişik.Bir məsəl vardır "Bəzəkdə qaldı"...Mənim xanımı buraxmağa niyyətimdə yoxdur...vəziyət bu cürdür İnsALLAH kömək olarsınız..
Cavab:
Aleykum salam. Uca Allah valideynlərlə gözəl davranmağı, onlara hətta "uf" deməməyi əmr etmişdir. Amma bütün haqq sahiblərinin haqqı verilməlidir, qadının haqlarından biri də ayrıca mənzil tələb edə bilməyidir. Şəriətə görə kişinin valideynlərinin xüsusi qulluğa ehtiyacı yoxdursa və kişinin maddi imkanı varsa, qadın ayrıca evdə qalmağı tələb edə bilər. Evin valideynlərə yaxın olması daha yaxşıdır ki, onlara tez-tez baş çəkmək mümkün olsun.
Yaxşı olar ki, bir müddət səbr edəsiniz, valideynlərin könlünü almağa çalışasınız, onlarla səbirli, gözəl danışaraq, onların bu məsələdə halallığını alasınız. Həmçinin oxuyun: Valideynləri incitməyin günahı