Ərim öləndən sonra yad qadınlarla danışdığını bilmişəm, ona haqqımı halal etməyə bilərəmmi?
Aleykum salam. Haqq sahibi sizsiniz və istəsəniz haqqınızı halal etməyə bilərsiniz. O, naməhrəm qadınlarla danışaraq həm günah edib, həm də sizi aldadıb, xəyanət edərək sizin haqqınıza girib. Qiyamət günü hər kəs öz haqqını alacaq. Daha ətraflı: Qul haqqı barədə
O hazırda həyatda olmadığı üçün, axirətdə əzab çəkməməsi üçün haqqınızı halal etməniz daha yaxşı olardı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Ölülərinizi həmişə yaxşılıqla yad edin və onların haqqında pis söz danişmaqdan çəkinin!" (ət-Tirmizi: "Cənəiz", 34).
Hər hansı bir müsəlman qul ölərsə və yaxın qonşularından üç ev camaatı onun yaxşılığına şahidlik edərsə, Allah da belə buyurar: "Mən bu bəndələrimin öz bildikləriylə əlaqəli olaraq etdikləri şahidliyi qəbul etdim və (onların bilməyib) mənim bildiyim şeyləri (qulumun qüsurlarını da) bağışladım". (Əhməd: 2/384-408).
Ənəs (Allah ondan razı olsun) demişdir: "Bir gün səhabələrin yanından keçən bir cənazə haqqında tərifləlayiq ifadələr söylədilər. Bunun üzərinə peyğəmbərimiz "vacib oldu" deyə buyurdu. Sonra başqa bir cənazənin yanından keçdilər və onun haqqında pis sözlər söylədilər və bunun üzərinə peyğəmbərimiz yenə "vacib oldu" buyurdu. Ömər (Allah ondan razı olsun), "Ya Rəsulullah! Vacib olan nədir?" deyə soruşduqda, peyğəmbərimiz "Bunu xeyirlə yad etdiniz, ona cənnət vacib oldu; bunu da pisliklə yad etdiniz ona da atəş (cəhənnəm odu) vacib oldu. Siz Allahın yer üzündəki şahidlərisiniz" - deyə buyurdu. (əl-Buxari: "Cənəiz", 86).
Quranın rəfin üstündən düşməsinə görə pis hadisənin olacağına inanmaq isə qadağandır. Həmçinin oxuyun:
Bəd əlamətlərə inanma!
Halallıq nə zaman alınır?
Kişinin qadını incitməsi onun haqqına girmək sayılırmı?