Peyğəmbərimizdən əvvəlki dövrlərdə namaz necə qılınıb?
Və aleykum Salam. Səhih dəlillərə əsasən namaz ilk insan Adəmin (aleyhis-sələm) dövründən olub və bütün ümmətlərə fərz olub. Bu barədə ayə və hədislərin zahirindən məlum olan odur ki, o dövrlərdəki namazların qılınma qaydası, ümumən indi bizim qıldığımız namaza oxşardır. Yəni, onların da qiyamı, rükusu və səcdəsi olub. Amma hansı surə və duaların oxunduğu, vaxtları və s. barədə tam təfsilatlı məlumat verilməyib. Bizə vacib olan isə peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) necə namaz qılmasıdır. O demişdir: "Mən necə namaz qılıramsa, siz də elə namaz qılın...". (əl-Buxari, Kitəbul-Əzən, Bəb: əl-Əzənu lil-musəfirinə izə kənu cəməah", №: 631; "Fəthul-Bari", 2/111; Əhməd, 5/53). Əvvəlki peyğəmbərlərin (Allahın onlara salamı olsun) necə namaz qılmasını bizə gəlib çatan səmavi dinlərin qalıqlarından öyrənə bilərik. Belə ki, yəhudilər özlərinin ibadətlərində əllərini sinədə tuturlar. Xristianlarda buna bənzər bir şey var. Məsələ ondadı ki, yəhudilərin və xristianların din alimləri əqidə, tabeçilik, itaət ayələrini dəyişdiriblər. Lakin, Allaha ibadətin əsası olduğu kimi qalıb. Yəni, ibadətin necəliyini dəyişməyin insanları tabe etməklə heç bir əlaqəsi olmayıb. Ona görə olduğu kimi qalıb. Həmçinin, oxuyun: Bütün peyğəmbərlərin namaz qılması haqqında dəlillər