İntihar edənə cənazə namazı qılmaq olarmı?
Aleykum salam. İntihar edən şəxs yuyulur, cənazəsi qılınır və müsəlmanların yanında dəfn olunur. Çünki həmin insan kafir yox, asi və böyük günah sahibi sayılır, çünki özünü öldürmək günahdır, küfr deyil. Əgər o özünü öldürübsə, yuyulmalı, kəfənlənməli və cənazəsi qılınmalıdır. Lakin rəhbər və nüfuzlu şəxslər onun bu əməlinə etiraz əlamətli olaraq onun üçün namaz qılmamalıdır. Əks halda bəzi insanlarda belə fikir yarana bilər ki, onlar həmin insanın etdiyi bu əməli təsdiq edirlər, buna razıdırlar. Əgər nüfuz sahibləri onun bu əməlini məzəmmət etmək və onun bu əməlinin yanlış olduğunu bildirmək məqsədilə onun üçün cənazə namazı qılmırsa, bu cür etmək təqdirəlayiqdir, lakin müsəlmanlardan bəziləri onun üçün bununla belə cənazə namazı qılmalıdır. (Abdulaziz ibn Bəzz) Həmçinin oxuyun: İntihar etməyin günahı haqqında