Namaz nə qədər vaxt ərzində qılınmalıdır?

    22.09.2015
Kimdən: 
Ilhame
Sual: 
Salam Namaz nece deqiqe ve yaxud ne saat erzinde qilina biler ?
Cavab: 

Aleykum salam. Namazı vaxtı girəndən vaxtı çıxana qədər qılmaq olar. Vaxtı girəndə qılmaq böyük savabdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ən fəzilətli əməlin hansı olduğunu soruşan səhabəyə: "Vaxtında (və ya vaxtının başlanğıcında) qılınan namazdır" - deyə buyurmuşdur. (əl-Buxari: "Məvaqit", 162).
Vaxt girən kimi namaz qılmağa şərait olmadıqda vaxt çıxana qədər qılmaq olar. "Namazların ilk vaxtında Allahın rizası, son vaxtında isə Allahın əfvi vardır". (ət-Tirmizi: "Məvaqit", 13). Namazı vaxtında qılmayaraq qəsdən qəza etmək isə böyük günahdır. Namaz vaxtlarına saytımızın ana səhifəsində baxa bilərsiniz. Sübh namazının vaxtı gün çıxanda bitir. İşa namazının vaxtı isə gecə yarısına qədərdir. Digər namazları isə növbəti namaz girənə qədər qılmaq olar.

Teqlər: 
Paylaş: