Rəfiqəmlə kobud danışdığım üçün namazım qəbul olunmaya bilərmi?

    21.09.2015
Sual: 
Salam.Cooox xahis edrem ki cavablandirasiniz.M3nim qrup yoldaşım yeni rəfiqəm mən ona həmişə yaxşı olmuşam.Bir gün onun səhvini gördüm və ona dedim ki ikiüzlülük etmə.O isə bu sözə görə mənə ağzına gələni dedi . Mən heç bir cvb vermədim.sonra üzr istədi mən ona dedim ku səndən küsməmişəm.sonralar mənimlə yaxınlıq etsədə həmin qız ama onun bu özünü yaxşı göstərməyi yalan idi.Mənlə nə isə üstübdə mübahisə edirdi.axrıncı dəfə niyəsə mənə günahsız yerə haqdız sözlər işlətdi.amma mən ona qarşı pis olmadım. Dedim namaz qılıram.yeri gəlmişkən 2 aydı namaz qılıram.Mənə dediklərindən belə çıxdı ki mənim namazım qəbul olmayacaq.sizcə mənim namazım qəbul olunmur.axı mən sidq ürəklə.Allah rızası üçün namaz qılıram.Xahiş edirəm cavablandırasınız.Xahiş!
Cavab: 

Aleykum salam. Namaz qılmağınız üçün sizi təbrik edirik, Allaha dua edirik ki, peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) əxlaqını öyrənib yaşamağı sizin üçün asanlaşdırsın. O demişdir: "Qiyamət günü möminin tərəzisində ən ağır gələn şey gözəl əxlaq olacaq." (Buxari, Ədəbül-müfrəd, 1/164; Tirmizi, Birr, 61)
Ümumən başqalarında pis cəhət gördükdə ona yalnız təklikdə və qəlbinə dəyməyəcək şəkildə nəsihət etmək lazımdır. Uca Allah buyurur: "Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir". (əl-İsra, 53).
Başqalarının qəlbinə dəymək qul haqqına girmək sayılır, amma namazın qəbul olub-olmaması ilə əlaqəsi yoxdur. Həmçinin oxuyun: Qul haqqı barədə

Teqlər: 
Paylaş: