Qadın dəfələrlə qaynı ilə zina edir və tövbə edir, Allah onu bağışlayarmı?

    20.09.2015
Kimdən: 
Adsız
Sual: 
Ərli qadın qaynı ilə zina edir təkrar təkrar tövbə edir bu nə cür bogruduçr. Allah başlayar ya yox?
Cavab: 

Salam aleykum. Günahın necə böyük olmasından asılı olmayaraq Uca Allah səmimi qəlbdən edilən tövbələri bağışlayır. Səmimi qəlbdən tövbə etməyin şərtləri isə günaha görə dərin peşmançılıq keçirmək, bir daha günahı etməyəcəyinə qəti qərar vermək, Allahdan bağışlanma diləmək və xeyirli əməlləri çoxaltmaqdır. Bundan sonra yenidən günah etdikdə bir daha tövbə etmək və günahdan əl çəkməyə çalışmaq lazımdır, çünki günahda israr etmək olmaz. Günahı tərk edə bilmək üçün isə Allaha çoxlu dua etmək, namaz qılmaq, günahkar insanlardan uzaqlaşaraq möminlərlə dostluq etmək, günahı yada salan bütün vasitələrdən və yerlərdən uzaqlaşmaq, dini dərslərə qulaq asmaq, kitablar oxumaq və s. etmək lazımdır. Həmçinin oxuyun:
Tövbə etsəm, Allah bağışlayarmı?
Ailəli qadın zinadan necə tövbə etməlidir?

Zina və ondan necə qorunmaq haqqında
Günahdan necə əl çəkim?

Paylaş: