Vitr namazı üç rükət qılınır?
Sual:
Salam aleykum. Men vitr namazini üç rükət qılmışam. Mene bele başa salıblar ele de qılmışam. Yeni deyibler ki, yatsi namazından sonra üç rükət qılınır. Bu günah deyilki?
Cavab:
Aleykum salam. Sizin qıldığınız Vitr namazı səhihdir. Vitr namazı işa namazının son iki rükət sünnətindən sonra, iki rükət ayrıca və bir rükət də ayrıca, yaxud bütovlükdə üç rükət şəkilində qılınan namazdır. Sadəcə üç rükəti bütov şəkildə qıldıqda, ikinci rükətdə təşəhhüdə oturmadan birbaşa üçüncü rükətə qalxmaq lazımdır.