Aşağıdakı duanın mənasını yaza bilərsinizmi?
Sual:
Salam. VE KUL CAEL HAKKU VE ZEHEKAL BATIL, İNNEL BATILE KANNE ZAHUKE duasının tərcüməsi necədir? Əvvəlcədən təşəkkürlər.
Cavab:
Aleykum salam. Bu, dua yox, Quran ayəsidir. Uca Allah buyurur:
"Va qul cəəə-ə-l-həqqu va zəhəqa-l-bəətıl, İnnə-l-bəətılə kəənə zəhuuqaa"
"De: "Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də batil puçluğa məhkumdur!" (əl-İsra, 81)