Bəzi əxlaqsızlar hicab geyinib mömin kimi göründükləri üçün necə ailə quracağımı bilmirəm...
Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "İnsanların ən şərlisi, bəzilərinə bir üzlə, bəzilərinə də başqa üzlə gələn iki üzlülərdir". (Muslim, Birr və Sılə və Ədəb Kitabı, 98). Uca Allah buyurur: "İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq”– deyirlər. Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və (bunu) anlamırlar...". (əl-Bəqərə, 8-10).
İlk növbədə Allaha çoxlu dua etmək lazımdır ki, sizi belə insanların şərindən qorusun. Evlənməmişdən qabaq evlənəcəyiniz insanı şəri qaydada araşdırmaq, lazım olan məsələləri öyrənmək, sonra da dini və əxlaqı qane edərsə, istixarə namazı qılıb, Allaha təvəkkül edərək evlənməyə qərar vermək lazımdır. Həmçinin oxuyun: Evlənmək barədə