Namaz qılmayan və oruc tutmayan müsəlmanın həcci qəbul olunurmu?
Aleykum salam. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa haqq tanrının olmadığına və Məhəmmədin Allahın elçisi olmasına şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Allahın Evini həcc etmək və Ramazan ayını oruc tutmaq". (əl-Buxari, 8, 4515; Muslim, 16; ən-Nəsai, 8/107-108; ət-Tirmizi, 2609; İmam Əhməd, 2/26, 92, 93, 120 və başqaları).
Hədisdən göründüyü kimi fərz namazlarını qılmaq və Ramazan orucunu tutmaq İslamın əsaslarından sayılır. Hər bir müsəlman şəhadəti qəbul etdikdən sonra namaz, oruc, zəkat və həcc ibadətlərini yerinə yetirməlidir. Əgər müsəlman bu əsaslardan birini yerinə yetirir, digərini isə etmirsə, yerinə yetirdiyi ibadətə görə savab qazanır, vacib buyurulan ibadəti yerinə yetirmədiyinə görə də günah qazanır.