Abduluzzə ibn Qatan kimdir?
Aleykum salam. Abduluzzə ibn Qatan ibn Amr əl-Xuzəi - Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) zövcəsi Xədicənin (Allah ondan razı olsun) bacısı oğludur. Anasının adı Hələtə binti Xuveyliddir. İmam Zuhri (rahiməhullahu) deyir ki, Abduluzzə ibn Qatan cahiliyyə dönəmində ölmüşdür. (İsabə kitabı, 4/239; Fəthu-l-Bəri əsəri, 6/488, 13/101). Peyğəmbər (salləllahu aleyhi və səlləm) Dəccal haqqında demişdir: "...Onun arxa tərəfində saçı qısa, qıvrım, sağ gözü kor bir cavan oğlanı gördüm. Gözü su üzərindəki üzüm dənəsi kimi pırtlaq idi. İbn Qatana bənzəyirdi. Əllərinin birini çiyninə dayamış halda kəbəni təvaf edirdi. Bu kimdir! deyə soruşduqda "Məsih Dəccaldır" deyə cavab verdilər". (Buxari, "Ənbiyə" 48, Muslim, "İmən", 272).
Muslim, Tirmizi və İbn Məcəhdən buna bənzər başqa bir hədis Nəvvas ibn Səm'andan (radıyallahu anhu) da rəvayət olunub. Həmçinin oxuyun:
Dəccal kimdir və nə vaxt gələcək?
Dəccal harada peyda olacaq?