Allahın "əl-Haqq" adının mənası

    13.08.2015

əl-Haqq sözü mövcud olan, inkar edilməyən deməkdir. Allahın əl-Haqq adı Qurani-Kərimdə on dəfə zikr edilir. Uca Allah buyurur:
“Gecələr sizi yatızdıran, gündüzlər isə nələr etdiyinizi bilən Odur. Sonra O, sizi səhərlər oyadır ki, müəyyən olunmuş əcəliniz gəlib çatsın. Sonra isə dönüşünüz Ona olacaq. O, nə etdikləriniz barədə sizə xəbər verəcəkdir. O Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O sizə gözətçi mələklər göndərir. Nəhayət sizlərdən birinə ölüm gəldiyi zaman elçilərimiz (mələklər) onun canını alırlar və heç bir səhvə yol vermirlər. Sonra onlar özlərinin həqiqi Himayədarı olan Allaha qaytarılacaqlar. Hökm yalnız Ona məxsusdur və O, ən tez haqq-hesab çəkəndir” (əl-Ənam, 60-62).
Həmçinin buyurur:
“O sizin Haqq Rəbbiniz olan Allahdır. Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Siz necə də haqdan döndərilirsiniz!” (Yunus, 32).
Allah haqdır və Ona aid olan nə varsa haqdır. Onun sözü haqdır, Cənnət haqdır, Cə­hənnəm haq­dır, Peyğəm­bərlər haq­dır, Muhəm­məd - sallallahu aleyhi və səlləm - haqdır, Qiyamət Saatı haqdır. 

Paylaş: