Cahil qadınların yanında hicab geyinmək lazımdırmı?

    12.10.2015
Kimdən: 
UmmAbdullah
Sual: 
Assalamu aleykum 1.qadin bashqa cahil qadinlarin yaninda bawini ortmelidir yoxsa ortmiyede biler. Hansi daha xeyirli qadin ucun? 2.qadin evde anasinin qardashinin birde yoldawinin yaninda idman walvari qeyine bilmez? 3.kamil qusul alinirsa onunla namaz qilmaq olar yoxsa destemazda almaq lazimdir?
Cavab: 

Aleykum salam.

  1. Əgər cahil qadınlar öz ərləri və ya digər kişilərin yanında sizin xarici görünüşünüz haqqında danışandırlarsa, yaxşı olar ki, onların yanında hicabda olasınız.
  2. Qadın ərinin yanında istənilən geyimdə ola bilər. Digər məhrəmlərin (atası, qardaşı, əmisi və s.) yanında isə çox dar olmamaq şərtilə şalvar geyinə bilər.
  3. Qüsl dəstəmazı əvəz edir (cümə qüslu istisna olmaqla) və ondan sonra ayrıca dəstəmaz almağa ehtiyac yoxdur.
Paylaş: