Namazsız yaxşı əməllər qəbul olurmu?

    21.10.2015
Sual: 
Salam necəsiniz ? Sizə bir neçə sualım olacaq xahiş edirəm cavablandırın. 1) Namaz qılmayan insanların yaxşı əməlləri qəbul olunur ? 2) Göz zinası ilə kəbinsiz edilən zinanın cəzası eynidir ? 3) Bir kişi 2 zövcəsi ilə eyni yataqda yatmalıdır ?
Cavab: 

Va aleykum Salam.

  1. Əvvəlcə qeyd edək ki, namaz qılmamaq böyük günahdır və namazı başqa heç bir əməl əvəz etmir. Qiyamət günü ilk soruşulan əməl namaz olacaq. Namaz qılmayan insan müsəlmandırsa, yaxşı əməlləri qəbul oluna bilər. Həmçinin oxuyun: Namaz qılmayan Cənnətə girə bilərmi?
  2. Zina - kəbinsiz cinsi yaxınlıq deməkdir. Zina böyük günahlardandır. Göz zinasının günahı isə bundan kiçikdir. Həmçinin, oxuyun: Zina və ondan necə qorunmaq haqqında
  3. Xeyr, kişi iki zövcəsilə bir yataqda yata bilməz. 
Paylaş: