Anadan uşağa cin keçə bilər? Cadunun bütün növləri haramdırmı?

    22.10.2015
Sual: 
salam aleykum,1).bir insana cin giribse ve bu adamin bundan xeberi olmadigi halda sonra o adamdan bir usaq dunyaya gelse hemin cin ve ya onun neslinden olan biri gen vasitesile ve ya her hansi yolla dogulan usaga da musallat olur? 2).bezi medyumcular cadunun her novunun haram olmadigin deyir,yaxsiliq ucun edilen yeni bexti acmaq ucun edileni halal,mehz pislik ucun edilen cadularin ise haram oldugun deyirler.bu duzgundur? 3).cadunu batil etmek ucun caduda istifade olunmus esyalari tapib yandirmaq vacibdir?
Cavab: 

Və aleykum Salam.
1. Bunu dəqiq demək mümkün deyil. Ola bilər, həmçinin olmaya da bilər.

2. Cadunun, sehrin, "qara" və "ağ" magiyanın, ekstrasensliyin, medyumluğun, ulduz falının hər bir növü küfr sayılır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!" (əl-Məidə, 90).
"...dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır". (əl-Məidə, 3).
Təfsir alimləri deyir ki, ayələrdə keçən fal oxları sözü, falın hər bir növünə şamil olunur. Həmçinin, Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir: "Kim bir falçı və ya kahinin yanına gedib onun söylədiklərini təsdiq edərsə, Muhəmmədə nazil ediləni inkar etmiş olar. Kim də yanına gedib, amma onun söylədiklərini təsdiq etməzsə, qırx gün namazı qəbul edilməz". (əl-Heysəmi, 5/117; əl-Bəzzar, 3/399).
Başqa bir hədisdə belə demişdir: "Kim kahinin yanına gedər və onun söylədiyini təsdiq edərsə Muhəmmədə nazil olana küfr etmişdir". (Əbu Dəvud, 3903; ət-Tirmizi, 135).
Bəziləri özləri dindar və xeyirxah göstərir, Quran açır, Allahı və Peyğəmbəri sevdiyini iddia edir. Halbuki, onlar bununla ancaq öz azğınlıqlarını artırır və Allahın qəzəbinə gəlirlər. Həmçinin, oxuyun: Quranla fala baxmaq olarmı və cadu deyilən şey varmı?

3. Cadunu batil etmək üçün cadunu tapmaq vacib deyil. Lakin cadu tapılıbsa, cadunu yandırmaq lazımdır. Cadu olunmuş insana isə Quran ayələrini oxuyamaq (ruqyə etmək) lazımdır. Daha ətraflı: Cadudan necə qorunmaq olar?

Teqlər: 
Paylaş: