Səfərdə və ya qonaqlıqda namaz qılmamaq olarmı?
Sual:
Qonaqliqda olarken seferde olarken namaz qilimmasa olarmi?
Cavab:
Salam aleykum. Nə səfərdə, nə də qonaqlıqda namazı müvəqqəti də olsa tərk etmək olmaz. Səfərdə Allah bəndələrinə yüngülləşdirmə olsun deyə, namazları qısaltmağa və birləşdirməyə icazə verib. Belə ki, zöhrlə, əsri, məğriblə də işanı birləşdirmək olar. Ona görə də qonaqlıqda olsanız belə namazları qılmamaq yaxud qəzaya saxlamaq doğru deyil. İşinizi öncədən planlaşdırın və bu vaxtlara uyğun namazınızı qılın. Həmçinin, oxuyun: Səfər namazı necə qılınır?