Nişanlımın sonradan zinakar olduğunu öyrəndim, ondan necə boşanım?

    31.10.2015
Kimdən: 
anonim
Sual: 
As salamu aleykum.kimedense sorusmaga utandigim ucun size yaziram.Men 1 il 5 ay birisi ile nisanli oldum.Halalca nisanlim oldu yeni ki.Kebinli...Talaqli...Sonra bir gun melum oldu ki,bu insan zinakarin boyuyu imis.Ustelik basqa isleri de varmis,sadece meni ve ailemi aldadib.Uzuyunu qaytarmisam.Ancaq o insan ayrilmaq istemir.Amma men artiq son qerarimi vermisem.dini cehetden menim ondan ayrilmagimin yolunu bilmirem.Kebini meselesini nece edim yeni.Hec talagini da istemirem.evvelceden cox sag olun
Cavab: 

Va aleykumus-Sələm. Əvvəla xatırladaq ki, səbəbsiz yerə boşanma tələb etmək qadağandır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı qadın, heç bir səbəb olmadan ərindən boşanma tələb edərsə, Cənnətin iyi ona haram olar". (İbn Məcəh, 1672; Əbu Davud, 2209). Sizin isə boşanma tələb etməyə haqqınız var. Kişi qadını boşamadıqda, qadın xulu talağı tələb edə bilər. Xulu talağı - qadın ona düşən mehri ərinə qaytarıb ərindən boşanmağı tələb etməyinə deyilir. Əgər ər razılaşmasa, məsələ qaziyə (məhkəmyə) qalxır və necə xeyirlidirsə, o cür həll olunur. Sizin dövlət nigahınız varsa, məhkəməyə gedib orada boşanın. Əgər yoxdursa, onda siz boşanmış sayılırsız.

Teqlər: 
Paylaş: