İmam sözünün qarşısında yazılan (ə.f.) nə deməkdir?

    03.11.2015
Kimdən: 
Aydin
Sual: 
İmam özunun arxasında ki (ə.f) ne demekdi?
Cavab: 
əs-Sələmu aleykum. Qeyd etdiyiniz hərflər "accil fəracəhum" deməkdir. Mənası budur ki, "Allahım, Mehdinin gəlişi ilə ümmətin təbəssümünü, sevincini tezləşdir". Bu duanın mənasının gözəl olmasına baxmayaraq, Peyğəmbərimizdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Mehdi haqda nə qədər hədis varsa, heç birində Mehdinin adından sonra "accil fəracəhum" deyilməyib. Uca Allah buyurur: "Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin". (əl-Həşr, 7). Uca Allah dini kamil edib və hər hansı əlavəni etməyi qadağan edib. Uca Allah buyurur: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim". (əl-Məidə, 3). Həmçinin oxuyun:
Paylaş: