"Duanın qəbul olub-olmaması 40 gün ərzində bilinir" fikri doğrudurmu?

    24.10.2015
Kimdən: 
Nika
Sual: 
Salamlar sizə belə bir sualim var deyilənə görə etdiyin bir dua 40 gün ərzində özünü göstərir bu düzdür??
Cavab: 

Va aleykum Salam. Xeyr, bu fikir doğru deyil. Duanın qəbul olmaması üçün bəlli bir vaxt yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olunmaqda davam edər". Soruşdular: "Ey Allahın Rəsulu, tələsmək nədir?" Belə buyurdu: "Deyər ki, çoxlu dua etdim amma duam qəbul olmadı. O zaman bezər və duanı tərk edər". (Muslim, 2736). Günahlardan çəkinmək və ibadəti çoxaltmaq da duanın qəbul olunmasını tezləşdirir, amma qəbul olma vaxtını təyin etmir. Həmçinin, oxuyun:
Duaların qəbul olması üçün nə etmək lazımdır?
Duanın qəbul olan vaxtları və məqamları hansılardır?
 

Teqlər: 
Paylaş: