Anam haram olduğunu bildiyi halda falçıya getdiyi üçün ona tabe olmaq istəmirəm...
Va aleykum Salam. Falçıya getmək və digər günah əməllər istisna olmaqla ananıza tabe olmağınız vacibdir, amma bununla yanaşı səbirlə və Allahdan kömək istəyərək onu və bacınızı haqqa dəvət etməkdə davam edin, əxlaq çərçivəsindən çıxmamaq şərtilə bunun üzərində israr edin. Hər ikisinə Allahın və peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) əmrlərini xatırladın. Həm cadu etmək, həm də naməhrəmlə danışmaq, görüşmək və s. böyük günahlardandır -- bu günahlar dünyada müsibətlərə, axirətdə isə Cəhənnəm əzabına səbəb ola bilər. Həmçinin oxuyun:
Cadu etmək haqqında
Sevgililərin görüşməsi haqqında
Zina və ondan necə qorunmaq haqqında
Əgər bütün bunlara baxmayaraq ananız yenə də falçıya getməyə davam etsə, buna görə siz günah daşımırsız: Uca Allah buyurur: "Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz". (əl-İsra, 15).
Cadudan qorunmaq üçün isə şəriətdə buyurulmuş vasitələrdən istifadə edin, ibadətləri dəqiq yerinə yetirin, zikləri oxuyun, gün ərzində evdə Quran səsləndirin və s:
Cadudan necə qorunmaq olar?
Həmçinin, oxuyun: İslama dəvət necə olmalıdır? Duaların qəbul olması üçün nə etmək lazımdır?