Namaza yeni başlayanlara vərəqə baxaraq namaz qılmaq olarmı?

    28.01.2014
Sual: 
Salam aleykum. Mən namaza başlamaq istiyirəm, bəzən sözlər yadımdan çıxır, namaz qılsam kitaba baxıb qıla bilərəm?
Cavab: 

Aleykum salam. Namaz qılmağa yeni başlayarkən, namazın söz və hərəkətlərini tam mənimsəyənə qədər namaz qıla-qıla vərəq və ya kitabdan istifadə etməkdə günah yazılmır. Bu xüsusda Uca Allah buyurur: "Bilməyərəkdən etdiyiniz səhvlərə görə sizə günah yoxdur. Lakin (qadağan olunduqdan sonra) qəsdən etdiyiniz işlərdən ötrü günah vardır. Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!" (əl-Əhzəb, 5).
"Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Möminlər deyirlər:) "Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et!..". (əl-Bəqərə, 286). Heç qılmamaqdansa, bacardığın şəkildə qılmaq daha yaxşıdır: "Allahdan bacardığınız qədər qorxun". (ət-Təğabun, 16).

Teqlər: 
Paylaş: