Allahın "əl-Vitr" adının mənası
əl-Vitr sözü tək olan deməkdir. Allahın əl-Vitr adı Peyğəmbərin hədisində zikr edilir. Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Allahın doxsan doqquz – yüzdən bir əskik – adı var. Kim onları yadda saxlayarsa, Cənnətə daxil olar. Allah təkdir (əl-Vitr) və tək sayda olanı sevir”. (Səhih əl-Buxari).
əl-Vitr olan Allah təkdir, Onun heç bir şəriki və tayı-bərabəri yoxdur. Uca Allah buyurur:
“O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?!” (Məryəm, 65).