"Xums" necə hesablanır və kimlərə verilir?

    28.01.2014
Kimdən: 
akif
Sual: 
Salam aleykum. Xums necə hesablanır və kimlərə verilməlidir?
Cavab: 

Aleykum salam. "Xums" sözü ərəb dilində beşdə bir hissə deməkdir. İslam dinində döyüşdə əldə edilən qənimət beş hissəyə bölünür. Onun beşdə dördü döyüşçülərə verilir. Piyadalılara bir, süvarilərə isə üç pay düşür. Qənimətin yerdə qalan beşdən bir hissəsi (xüms) beş yerə bölünür: bir pay Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) düşür və o bu payı lazım olan sahələrə xərcləyir. Bir pay onun qohum əqrəbasına, Haşim və Müttalibin övladlarına düşür. Bir pay yetimlərə, bir pay yoxsullara və bir pay da yolda qalmış müsafirlərə düşür.
"Xums" yalnız döyüşdə əldə edilən qənimətdən bölünür, həmçinin əhli beyt olmaları sübut olunan insanlara verilir. Uca Allah buyurur: "Bilin ki, ələ keçir­diyiniz qənimətlərin beşdə biri Alla­ha, Onun Elçi­sinə, onun əq­rəbasına, yetimlərə, kasıb­la­ra və müsa­firlərə məxsusdur. Allah hər şeyə qa­dirdir" (əl Ənfal, 41). Həmçinin oxuyun:

Xums nədir?

Paylaş: