"Dilləri ilə insanların qəlbini qıranların günahlarını ibadətlər təmizləməz" hədisi varmı?

    05.11.2015
Kimdən: 
resad
Sual: 
"Dilleriyle insanlari kiranlari ibadetleri trmizleyemez" Hz. Muhammed a.s bele bir hedis varmi? bu sozler kimindi?
Cavab: 

Salam aleykum. Səhih olan belə bir hədislə qarşılaşmamışıq. Lakin, insan günahlara əsasən dilinə görə girir. Muaz (Allah ondan razı olsun) demişdir: "Ey Allahın Rəsulu! Doğrudan da biz danışdıq­larımıza görə cəzalandırılacağıq?" O bu­yur­du: "Anan səni itirsin, ey Muaz! Məgər insanlar dillərinin törətdiklərinə görə üzü üstə oda atılmırlarmı?" (İmam Əhməd, 22121).
Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və saamı olsun) buyurmuşdur: "Qulun qəlbi düz olmadıqca imanı düz olmaz, dili düz olma­dıq­ca da qəlbi düz olmaz. Qonşusu, şərindən və zülmündən əmin olmayan kimsə Cənnətə girməz". (İmam Əhməd, 13071). Həmçinin oxuyun: Qiyamət günü dil insanın öz əleyhinə şahidlik edə bilərmi?

Paylaş: