Azan eşidəndə kövrəlməyin səbəbi nədir?
Sual:
əssalamu aleykum va rahmətullahu va bərakətuhu. Necəsiz? azan səsi eşidəndə hərdən ağlamaq istəyirəm,kövrəlirəm,özümdən aslı olmur.utandığımdan göz yaşlarımı gizlətməyə çalışıram yoldaşımdan və ya özüm ağlamaqdam güclə saxlayıram. Ama hərdən də eşidəndə hirslənirəm,ən əsas da azana əliyyən vəliyullah qatıb deyəndə.belə azanda heç kövrəlmirəm.əksinə qulaq asmaq istəmirəm. bütün bunlar şeytan vəsvəsəsi ola bilərmi? qeyd edim ki, azanı ancaq tvdən və telefondan idirəm.salaç aleykum.
Cavab:
Va aleykumus-Sələm və rahmətullahi və bərakətu. Bu hal adamdan adama fərqlənir. Əgər, siz dini cəhətdən elmli deyilsinizsə, azan sözlərinin mənasını bilmirsinizsə və azan səsini eşidəndə kövrəlirsinizsə, bu hal adi bir hal da ola bilər. Ola bilər ki, azan verənin səsi sizi kövrəltsin. Bəzi insanlar muğamata qulaq asanda da kövrəlir və gözü yaşla dolur. Ola bilər ki, azan eşidəndə gözdən qeyri-ixtiyari yaş çıxır. Bu cadunun əlaməti ola bilər. Ola bilər ki, insan dində maariflənib və azanda deyilən kəlmələrin mənasını başa düşür və azanın ibadətə çağırış olduğunu dərk etdiyinə görə gözü yaşla dolur. Hər halda azan insanı ibadətə çağırır. Siz də əgər namaz qılmırsınızsa, namaza başlayın. Namaz qılırsınızsa, Allahı və Onun Rəsulunun (ona Allahın salavatı və salamı olsun) yolunu daha gözəl və elmli şəkildə öyrənməyə çalışın. Ümid edirik ki, bu hal sizin üçün xeyirli olar. Həmçinin, oxuyun: "Ayətul-Kursi"ni oxuduqda gözlərin yaşarması nədəndir?