Hamilə qadın bətnindəki övladının sağlam və əməli saleh olması üçün hansı surələri oxumalıdır?

    28.01.2014
Kimdən: 
Gülsüm
Sual: 
Salam aleykum. Mən bilmək istərdim ki, hamilə olarkən ana əlini bətninə qoyub hansı sureleri oxumalıdır ki, uşağ sağlam xeyirli və tərbiyəli olsun?
Cavab: 

Aleykum salam. Şəriətdə xüsusi təyin olunmuş şəkildə bu məsələ üçün ayrıca hər hansı bir surə və ya dua növü mövcud deyil. Ümumən "Ayətul Kursi (əl Bəqərə, 255), "əl Fatihə", "əl İxlas", "əl Fələq", "ən Nas"  və digər bu kimi surələri oxuya bilərsiniz. Qurani Kərim bütövlükdə möminlər üçün şəfadır. Uca Allah buyurur: "Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır". (əl İsra, 82).

Paylaş: