Oğlum ölümdən çox qorxur, ona necə kömək edim?

    10.11.2015
Kimdən: 
Səhra
Sual: 
Salamun Aleyküm.Allah sizlərdən razı olsun inşallah. Mənim oğlumun 9 yaşı var.Adı islamdır.Maşallah dərin düşüncəli baladır.Son zamanlar səbəbsiz ağlayır.Səbəbin soruşduqda ölməkdən qorxuram deyir.Ən çox gecə yatmaq üçün yatağa uzanır və bu fikirlərlə ağlamağa başlayır.Bu hal təxminən 2 il əvvəl də olmuşdu.Övladım üçün çox narahat oluram.Ruhdan düşməyindən,özünə qapanmasından qorxuram.Onu bu fikirlərdən necə uzaq tutum?Xahiş edirəm mənə düzgün davranmaq üçün yol göstərin.Onu sakitləşdirmək üçün deyəcəyim sözün daha da qorxuya salmasından çəkinirəm.Allah köməyiniz olsun inşallah!
Cavab: 
Və aleykum Salam. Ona sadə dillə başa salmaq lazımdır ki, ölüm yoxluq deyil, əbədi həyata qovuşmaqdır. Orada Cənnət var və Cənnətdə insanın istədiyi hər bir şey var və burada qorxulu bir şey yoxdur. Belə uşaqları kompyuter oyunlarından və televizordan bir müddət uzaq tutmaq lazımdır. Özünə qapanmaması üçün çalışın ki, tək qalmasın. Həmçinin, bu uşağı axşamlar yatanda əl-Bəqərə surəsinə qulaq asdıraraq Quran sədaları altında yatızdırmaq lazımdır. Uca Allah buyurur: "O, (Quran) iman gətirənlərə doğru yol göstəricisi və şəfadır". (Fussilət, 44). Allah İslam balamıza şəfa versin! Daha ətraflı:
Teqlər: 
Paylaş: