Allahın doxsan doqquz adlarını yazıb yastığın altına qoymaq olar?

    28.01.2014
Kimdən: 
sedef12
Sual: 
Salam aleykum. Allahın 99 adını yazıb yastığın altına qoymaq olarmı?. Axşam qorxuram.
Cavab: 
Aleykum salam. Uca Allahın adlarını və ya hər hansı bir ayə, dua yazıb yastığın altına qoymaq və ya üstündə gəzdirmək olmaz. Çünki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə etməmiş və heç kəsə bunu öyrətməmişdir. O, hər bir kəsə bunları əzbərləməyi və oxuyaraq tətbiq etməyi buyurmuşdur. Axşamlar qorxu hissi keçirən kəslər üçün xüsusi zikr və dualar vardır. Onları zikr və dualar kitabından öyrənə bilərsiniz. İnşallah bu kitabın elektron nüsxəsini saytımıza yerləşdirəcəyik. Uca Allahın doxsan doqquz (99) adı haqqında isə Allahın elçisi demişdir: "Allahın yüzdən biri əskik - doxsan doqquz adı vardır. O, Təkdir və tək olanı sevir. Kim Onun adlarını sayarsa, Cənnətə girər". (Səhih Buxari, 2736, Səhih Muslim, 2677).
Hədisdəki "Kim Onun adlarını sayarsa, Cənnətə girər" ifadəsi o deməkdir ki, kim Uca Allahın adlarını söyləyər, onları yadda saxlayar və mənalarını öyrənərsə, Cənnətə girər.
Teqlər: 
Paylaş: