Tünd ləkələr heyz qanından sayılırmı?

    12.11.2015
Sual: 
Salam ,,, Men namaza başlamaq istırem Aybaşi oldum qutardım mende tünd lekeler gelur paltarıma, bele halda namaz qılmaq olarmı. ama qırmızı qan deyıl, sadece tünd lekelidı.
Cavab: 

Və aleykum Salam. Heyz (aybaşı), qadınların yaxşı bildikləri bir qandır. Bu məsələ adətlə ölçülür. Yəni, hər qadın özünün adət etdiyi heyz müddətini özü bilir. Bu müddət bitdikdən sonra qan kəsilir. Qadın heyz qanını digər qandan fərqləndirə bilir. Qüsl alındıqdan sonra arasında fasilə olub bir damcı dəyən qan heyz qanından sayılmır. Aişədən rəvayət (Allah ondan razı olsun) olunur ki, Fatimə bint Əbu Hubeyş (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib ondan soruşdu: "Ey Allahın elçisi! Məndə təmizlənə bilmədiyim xroniki xəstəlik qanaxmaları olur, namazı dayandırımmı?" Dedi: "Xeyr, bu damardan axan qandır, aybaşı deyil. Əgər aybaşın başlasa, onda namazı saxla, qurtardıqdan sonra özünü qandan təmizlə və yenidən namazı qıl. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) davam edib dedi: "(Növbəti heyz) vaxtı gəlincəyə qədər hər bir namaz üçün dəstəmaz al". (əl-Buxari "Vudu", 63; №: 226, 228; Muslim "Heyz",  62, №: 333). 

Teqlər: 
Paylaş: