Allah insanı kamil surətdə yaradıbsa, niyə sünnət edilməyi əmr edib?
Və aleykum Salam. Rəsulullah (Allahın ona və ailəsinə salamı və salavatı olsun) belə buyurmuşdur: "Beş şey fitrətdəndir: "Övrət yerinin tüklərini qırxmaq, sünnət olunmaq, bığları qısaltmaq, qoltuq altı tüklərini yolmaq (və ya qırxmaq), dırnaqları tutmaq". (Səhih Buxari və Səhih Muslim).
Misal üçün, dırnaqlar hər dəfə uzanır və biz onları kəsib atırıq. İnsanlar üçün dırnağın bu formada olması, heç vaxt uzanmayan dırnaqdan daha xeyirlidir. Bildiyimiz kimi, dırnaqlara çirk yığılır və hər dəfə dırnağı kəsib atdıqda, çirki də atmış oluruq.
Uca Yaradanın hikmətinin və yaradılışının kamilliyinin göstəricilərindən biri də budur ki, nemətləri yaratmış, istifadəyə hazır vəziyyətə gətirməyi isə insanların öhdəsinə buraxmışdır. Məsələn, bəzi meyvələrin qabığı soyulub sonra yeyilir, çiy ət bişirilir, uşaq çılpaq doğulur və sonra ona paltar geyindirilir və s.
Sünnət olunmaq məsələsini də araşdıran insanlar Uca Yaradanın hikmətinə bir daha şahid olurlar. Bunun nə dərəcədə faydalı olmasını bu sahədə elmli olan insanlar yaxşı bilirlər. Hətta bəzən belə hikmətləri bilmək insanların dinə gəlməsinə səbəb olur. Tibbi cəhətdən həm kişinin, həm də qadının cinsiyyət üzvlərinin xərçəngə tutulma ehtimalını əhəmiyyətli dərəcədə azaldır. Sidik yolu infeksiyasının qarşısını alır. Həmçinin, sidiyə gedəndə sünnət olunmuş kişinin cinsiyyət üzvündə sidik qalmır. Hətta bəzi xristian ölkələrində sırf tibbi faydasına görə doğum evində oğlan uşağı dünyaya gələn kimi sünnət edilir. Həmçinin, oxuyun: Sünnət olunmağın vacibliyi və onun faydaları