Sünnət olunmaq vacibdirmi?

    06.12.2014
Sual: 
Salam. Oglan usaqlari sunnet olmasa ( tibbi dilde desek fimoz emeliyyati olunmazsa) muselman sayilmir? Niye dinde sunnet olunmaq vacib meselelerdendir? 2ci sual.bezi quran kitablarinda el maide suresi 6ci ayede ayaqlara qabariq yere qeder mesh cekmek, bezilerinde topuga qeder yumaq gosterilib.hansini duzgun qebul edek ve niye?
Cavab: 

Aleykum salam. Sağlamlığı buna imkan verən oğlan uşaqlarının sünnət olunması vacibdir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: “Beş şey fitrətdəndir: "Övrət yerinin tüklərini qırxmaq, sünnət olunmaq, bığları qısaltmaq, qoltuq altı tüklərini yolmaq (və ya qırxmaq), dırnaqları tutmaq”. (Buxari, Müslim). Səhabələr də İslamı qəbul etdikdə sünnət olunmuşdular.  Useym ibn Kəlb babasından (Allah onlardan razı olsun) belə nəql edir: "Allah Rəsulunun yanına gələrək islamı qəbul elədim və O da belə buyurdu: üzərindəki küfrün tüklərini qırx və sünnət ol!" (Əhməd, Əbu Dəvud). Sünnət olunmağın tarixi İslamdan çox əvvəl, İbrahim (aleyhissələm) peyğəmbərin dövründən başlayır. İbrahim peyğəmbərin 80 yaşında sünnət olduğu bildirilir. (Buxari, Muslim)

Həkimlər hər hansı bir şəxsin sünnət olunmasının ona ziyanı olacağı (məsələn, çoxlu qanaxma kimi) barədə rəy versələr, həmin şəxs sünnət olunmadığına görə günah daşımır. Bu əməliyyatın müasir tibb elminin təsdiq etdiyi faydaları aşağıdakılardır:

  • Cinsiyyət orqanında infeksiyanın və bunun nəticəsində sidik ləngiməsinin qarşısını alır
  • Sidik kanalında infeksiyanın qarşısını alır
  • İnfeksiyanın cinsi yolla qadına keçməsinin qarşısını alır
  • Cinsiyyət orqanı xərçəngi riskini azaldır

Yeni doğulan uşaqları sünnət etdirmək valideynin üzərinə düşən vacib əməllərdəndir. Peyğəmbərimiz, nəvələri Həsən və Huseyni (Allah onlardan razı olsun) dünyaya gəldikdən sonra yeddinci gün sünnət etdirmişdir. (Beyhəqi)

Həmçinin oxuyun:
Yeni doğulan körpələrə tətbiq edilən sünnətlər
Dəstəmaz alarkən ayaqları yumaq barədə

Teqlər: 
Paylaş: