Nəyə görə əhli Sünnə dəstəmaz alanda ayağa məsh çəkmir?
Sual:
Salam.Ehli Sünne niye desamaz alanda ayağına məhs çəkmir?Axı Maidə surəsinin 6 cı ayəsində deyilirki məhs çəkin?!
Cavab:
Aleykum salam. Ərəb dilinin qaydalarına əsasən həmin ayədə ayaqları yumaq əmr edilir: "Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun..." (əl-Məidə, 6).
Ərəb dilinin qrammatikasından azda olsa məlumatı olan hər bir kəs ayədə ayağı yumaqdan söhbət getdiyini görə bilər. Həmçinin, bu linkləri oxuyun:
Peyğəmbər (salləllahu aleyhi va səlləm) necə dəstəmaz alardı?
Dəstəmaz alarkən ayaqlar yuyulur, yoxsa üzərinə məsh çəkilir?