İstixarə namazını qılarkən nə oxumaq lazımdır?

    29.01.2014
Sual: 
Salam aleykum. İstixarə ve hacət namazını qılıb yatarkən nələri oxumaq lazımdır? Mən bildiyimə görə hacəti qılıb heç kimlə danışmadan yatasan və yatarkən "Ayətul Kursi"-ni oxuyasan. Məndə hələ "Ayətul Kursi"-ni əzbərdən bilmirəm onun yerinə başqa surə oxumaq olarmı? Və hansı surəni oxusam yaxşıdır? Zəhmət olamasa cavablandırasınız. İndidən çox sağolun Allah sizdən razı olsun.
Cavab: 

Aleykum salam. İstixarə və ya hacət adlı namaz iki rükətli namazdır. Bir xeyir iş görmək istədikdə iki rükət namaz qılıb ya təşəhhüddən sonra salamdan əvvəl, ya da salamdan sonra istixarə duasını edərək Allahdan xeyir diləyirsiniz. Bu namazda da digər namazlar kimi, Fatihədən sonra istədiyiniz surələri oxuya bilərsiniz. Bu namazı qıldıqdan sonra yatmaq, heç kəslə danışmamaq və ya sırf "Ayətul Kursi"ni oxumaq haqda hər hansı bir məlumat səhih hədislərdə gəlməmişdir. İstixarə namazı bəzi insanların düşündüyü kimi yuxu və ya hər hansı bir əlamət görərək həmin işin uğurlu olacağını bilmək üçün qılınmır. İstixarə sözü xeyir diləməkdir. İstixarə duasının məzmunundan göründüyü kimi insan Allahın həmin işin xeyirli olduğunu bildiyi halda ona nəsib etməsini diləyir. Bəzi insanlar istixarə namazını falçıların etdiyi istixarəyə bənzədirlər. Bu isə doğru deyildir. Çünki, istixarə etməkdə məqsəd dua edərək Allahdan xeyir diləməkdir. Cabir ibn Abdullah (Allah ondan razı olsun) rə­vayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Qurandakı surələri bizə öyrətdiyi kimi istixarə duasını da bizə öyrədib deyərdi: Sizdən biri­niz bir işə başlamaq istədikdə fərz namazla­rın­dan əlavə iki rükət namaz qılsın və desin: "Allahummə inni əstəxirukə bi il­mikə, va əstəqdirukə bi qudratikə, va əs'ə­lukə min fadlikəl-azim, fəinnəkə təqdiru va lə əqdir, va tə'ləmu valə a'ləm, va əntə alləmul-ğuyub. Allahummə in kuntə tə'lə­mu ənnə həzəl-əmra xayrun li fi dini və məaşi va aqibəti əmri, acilihi va əci­lihi – fəqdurhu li va yəssirhu li, sum­mə bərik li fihi. Va in kuntə tə'ləmu ənnə həzəl-əmra şərrun li fi dini va məaşi va aqibəti əmri, acilihi va əcilihi – fasrif­hu anni, vasrifni anhu, vaqdur liyəl-xayra heysu kənə, summə ardıni bihi".
   (Allahım! Səndən Öz elminlə mənə xeyir diləyirəm və Öz qüdrətinlə mənə qüdrət verməyi diləyirəm. Səndən, Sənin böyük lütfünü diləyi­rəm. Sənin (hər şeyə) qüdrətin çatır, mənimsə qüdrətim çatmır, Sən (hər şeyi) bilirsən, mən isə bilmirəm. Qeybləri bilən Sənsən. Allahım! Bu işin (işin adını çəkir) mənim dinim, yaşayı­şım və aqibətim üçün – yaxud deyir: dünyam və axirətim üçün – xeyirli olduğunu bilirsənsə onu mənə nəsib et, asanlaşdır, sonra da onu mənim üçün bərəkətli et. Bu işin mənim di­nim, yaşayışım və aqibətim üçün – yaxud de­yir: dün­yam və axirətim üçün – zərərli olduğu­nu bilirsənsə, onu məndən, məni də ondan uzaq et! Harada olsa, mənə xeyir nəsib et, son­ra məni ondan razı sal!)"

Teqlər: 
Paylaş: