Qəza namazı digər fərz namazından əvvəl, yoxsa sonra qılınır?

    16.11.2015
Sual: 
Salam.Eger namaz qezaya qalibsa bu namazi vaxti olan namazi qildiqdan sonra yoxsa evvelden qalmaq lazimdir?
Cavab: 

Va aleykumus-Sələm. Əgər, sonrakı namazın vaxtının çıxmağına hələ çox vaxt qalıbsa, birinci qəzaya gedən namazı qılmaq lazımdır. Qəzadan sonrakı namazın vaxtının çıxmağına az vaxt qalıbsa, yəni artıq qəzaya gedən namazdan sonrakı namaz da qəzaya gedə bilərsə, birinci vaxtının çıxmasına az vaxt qalmış namaz qılınır, sonra qəzaya gedən namaz qılınır. İbn Məsud (Allah ondan razı olsun) deyir: "Xəndək döyüşü olan gün müşriklər Peyğəmbəri (Allahın ona və ailəsinə salavatı və salamı olsun) gecədən xeyli keçənə qədər dörd namazdan yayındırdılar. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Bilala azan verməyi əmr etdi. Sonra iqamə verib zöhr namazını qıldı. Sonra yenə iqamə verib əsr namazını qıldı. Sonra iqamə verib məğrib namazını qıldı. Sonra iqamə verib işa namazını qıldı". (ət-Tirmizi, 179). Yəni, Peyğəmbər (salləllahu aleyhi və səlləm) namazları ardıcıl qıldırdı.

Teqlər: 
Paylaş: