Namazı öz bildiyim kimi qıla bilərəmmi?

    30.01.2014
Kimdən: 
Firengiz.
Sual: 
Salam aleykum. Men bir muddet namaz qilmisham. Amma sonradan duzgun qilmadigımi fikirleshib saxlamisham. Mene chox insan duz qilmadigimi deyir. Menim oz bildiyim kimi qilmaq gunahdirmi?
Cavab: 

Aleykum salam. Əgər siz bilmədən namazı səhv qılmısınızsa, inşallah Allahın mərhəməti sayəsində namazınız qəbul olunar. Lakin namazın səhv olduğunu biləndən sonra namazı tərk etməyə lüzum yoxdur. Sadəcə namaz qılaraq tədricən buraxdığınız səhvləri düzəltməyə çalışmaq lazım idi. Siz düzgün şəkildə namaz qılmağı bizim saytdan da öyrənə bilərsiniz. Bunun üçün Namaz məqaləsini oxuyun!

Teqlər: 
Paylaş: