Mələklər evlərə hansı hallarda daxil olmurlar?

    26.11.2015
Kimdən: 
Səhra
Sual: 
Salamun Aleyküm.iki sualım var.1)sizin saytdan aldığım məlumata görə mələklər boynunda cənabət qüsulu olanın evinə gəlməzlər.mən qaynana-qaynata ilə yaşayıram.ailədə tək mən namaz qılıram.qüsula əhəmiyyət vermirlər.belə çıxır ki qurunun oduna yaş da yanır?yoxsa istisnalar var? 2)Bizdə həyət evidir. Həyətdə it saxlayırıq.Bu mələklərin evə gəlişinə mane olar? Axı evdə saxlamırıq.xahiş edirəm aydınlıq gətirəsiniz.Allah sizdən və bütün müsəlmanlardan razı olsun inşallah!
Cavab: 
Və aleykum Salam. 
1. Mələklər qüsulsuz olan adama yaxınlaşmırlar. Bu məsələdə ev deyil, qüsulsuz adam nəzərdə tutulur. Ona görə də qüslu olan digər ev sakinlərinə aid deyil. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Üç kəsə mələklər yaxın durmazlar; kafirin cəsədinə, zəfəranlı ətir vurana və cənabət halında olana - dəstəmaz alarsa istisnadır". (Əbu Davud, 4182).
2. Əgər siz iti evi qorumaq üçün saxlayırsınızsa, bu əməl mələklərin evə daxil olmasına mane olmur. Həmçinin, oxuyun: Nəyə görə evdə it saxlamaq olmaz?
Teqlər: 
Paylaş: