Namaz qılarkən uşaq yuxudan durub ağlasa, namazı dayandıra bilərəmmi?
Sual:
Salam men aleliyem usaqla namaz qilmaq cetin olur vaxdinda qila bilmorem gecisirem birde namaz qildigim yerde usag yuxudan dursa namazi dayandira bilerm.birde hicama kecmey isdiyird. Her defe patblem cixir qalir onu deyib kecmemey gunah sayilir
Cavab:
Və aleykum Salam. Namaz qıldığınız vaxt uşaq durduqda, əgər ciddi ehtiyac olarsa, qəzaya düşməmək şərtilə namazdan çıxmaq olar. Lakin, həmin namazı yenidən qılmaq lazımdır. Çünki, yarıda qoyulmuş namaz batil olur və yenidən qılınır.
Hicab geyinmək isə hər kəsə vacibdir, hər hansı problemə görə hicab geyinməyi təxirə salmaq olmaz. Həmçinin, oxuyun: Hicab - azadlıqdır!