Əvvəl kəbin kəsdirib, sonra valideynləri razı salmaq olarmı?
Sual:
Salam aleykum.Men aileli olub ayrilmis qizla aile heyati qurmusam biraz valdeynlerde naraziliq vardi indi her sey yaxsidi amma kebin kesdirende qizla gedib mescidde ozumuz kesdirdik bu duzgundurmu yeni kebinimiz sayilirmi ozumuz kesdirdiyimize gore?
Cavab:
Və aleykum Salam. Kəbin kəsdikdə qadın tərəfdən vəlinin olması şərtdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir". Kəbin yenidən qadın tərəfdən vəlinin iştirakı ilə kəsilməlidir. Daha ətraflı bu məqaləni oxuyun: Nikah bağlamağın qaydaları